Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan bu ilin yanvar-avqust aylarında Rusiyaya 435,7 milyon dollarlıq mal ixrac edib

11 Oktyabr 2017
Azərbaycan bu ilin yanvar-avqust aylarında Rusiya Federasiyasına (RF) 435,7 milyon ABŞ dolları dəyərində mal ixrac edib. Ötən ilin həmin dövründə bu məbləğ 256 milyon ABŞ dolları təşkil edib. Bu barədə RF Federal Gömrük Xidmətinin (FGK) məlumatında deyilir.

AZƏRTAC xəbər verir ki, FGK məlumatına görə, Rusiyadan Azərbaycana 2017-ci ilin yanvar-avqust aylarında 1273,4 milyon dollarlıq mal idxal olunub. Keçən il bu məbləğ 799,5 milyon dollara bərabər idi.

Hesabat dövründə Rusiyaya Belarusdan 8045.9 milyon dollarlıq, Qazaxıstandan 3253 milyon dollarlıq, Ermənistandan 299,5 milyon dollarlıq, Ukraynadan 3047 milyon dollarlıq mal ixrac edilib.

Rusiyanın aparıcı iqtisadi tərəfdaşı Avropa İttifaqıdır. Yanvar-avqust aylarında xarici ticarət dövriyyəsinin 43 faizi Avropa İttifaqının payına düşüb. Uzaq xarici ölkələrlə əlaqələrə gəldikdə isə Rusiyanın hesabat dövründə əsas ticarət tərəfdaşı Çin olub. Bu ölkə ilə əmtəə dövriyyəsinin həcmi 54,4 milyard dollar, Almaniya ilə 31,3 milyard dollar, Niderland ilə 26,4 milyard dollar təşkil edib.

 

AZƏRTAC