Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Kərə yağı dünya birjalarında bahalaşır

11 Oktyabr 2017
Bugünkü reallıq ondan ibarətdir ki, kərə yağı dünya birjalarında bahalaşır.

AZƏRTAC xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev jurnalistlərə müsahibəsində deyib.

Qurum rəhbəri bildirib ki, DGK-nin vəzifəsi ölkəyə idxal olunan və ölkədən ixrac olunan yüklərin rəsmiləşdirilməsindən ibarətdir. "Bugünkü reallıq ondan ibarətdir ki, kərə yağı dünya birjalarında bahalaşır. Bu da ölkəyə gətirilən məhsulun qiymətinə təsirsiz ötüşmür. Əsas idxalçı ölkələrdən biri də Yeni Zelandiyadır. Gömrük orqanlarının vəzifəsi ölkəyə gətirilən yükün rəsmiləşdirilməsindən ibarətdir", - deyə Aydın Əliyev bildirib.