Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Pambıq qəbulu məntəqələrinə 76 min 947 ton məhsul təhvil verilib

11 Oktyabr 2017

 

Oktyabrın 11-dək pambıq qəbulu məntəqələrinə ölkə üzrə 76 min 947,76 ton məhsul təhvil verilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, ötən bir gündə 5264,59 ton pambıq tədarük olunub.

Qeyd edək ki, ölkə üzrə cari ildə ötən illə müqayisədə 2,7 dəfə çox – 136 min 413,2 hektar çiyid səpilib. Bu il ən çox pambıq Saatlıda (17220 hektar), İmişlidə (15641,5 hektar), Sabirabad (15055 hektar), Biləsuvar (11351,8 hektar) və Neftçalada (11111 hektar) əkilib.

AZƏRTAC pambıq tədarükünə dair oktyabrın 11-nə olan operativ məlumatı təqdim edir.