Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Meksika həbsxanasında qiyam: 13 nəfər həlak oldu

11 Oktyabr 2017
Meksikanın Nuevo-Leon ştatının Kadereyta şəhərində həbsxana məhbusları mühafizəçiləri girov götürüb qiyam qaldırmışlar. Polis cinayətkarlarla danışıqlar aparıb üç girovu azad etməyə  cəhd göstərsə də, hüquq-mühafizə orqanları hücum əməliyyatı keçirməyə məcbur olmuşdur.

Xüsusi əməliyyatın gedişində 13 məhbus öldürülmüş, 8 nəfər ağır yaralanmışdır. Yaralılardan biri polis əməkdaşıdır.

Nuevo-Leon ştatının təhlükəsizlik xidmətinin nümayəndəsi Aldo Fassi bildirmişdir ki, qiyama səbəb həbsxana daxilində cinayətkar qruplaşmaların qarşıdurması olmuşdur. O əmin etmişdir ki, hazırda vəziyyət nəzarət altındadır.