Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Doqquz ayda "Azexport"a 355 milyon dollardan çox ixrac sifarişi daxil olub

10 Oktyabr 2017
 

Bu ilin 9 ayında "Azexport" portalına 60 ölkədən 355 milyon dollardan çox ixrac sifarişi daxil olub.

Bu barədə AZƏRTAC-a İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

""Azexport" portalına daxil olan ixrac sifarişləri bilavasitə Azərbaycanın qeyri-neft ixracı strukturu ilə kifayət qədər üst-üstə düşür. "Azexport" portalının fəaliyyəti, ixrac-təşviq işlərinin aparılması, ticarət evlərinin və nümayəndəliklərinin açılması, biznes-forumların təşkili, ixracın təşviqi üçün subsidiyalaşdırma məsələləri, bütövlükdə Azərbaycanın qeyri-neft ixracının artmasına səbəb olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan iqtisadi islahatlar 2018-ci ildə qeyri-neft sektorunda "iqtisadi bum" dövrünün olacağını deməyə əsas verir", - deyə icraçı direktor qeyd edib.