Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İslandiya dünya çempionatlarında iştirak etmiş ölkələr arasında əhalisinin sayına görə ən kiçik dövlətdir

10 Oktyabr 2017
Futbol üzrə İslandiya yığması DÇ-2018-in seçmə mərhələsinin son matçında Kosovo yığmasına 2:0 hesabı ilə qalib gələrək final mərhələsinə vəsiqə alıb.

AZƏRTAC tribuna.com saytına istinadla xəbər verir ki, 22 xal toplayaraq “İ” qrupunda birinci yeri tutmuş islandiyalılar dünya çempionatının final mərhələsində çıxış etmək hüququ qazanıblar.

Beləliklə, İslandiya futbol üzrə dünya çempionatlarının tarixində yeni rekord müəyyən edib: əhalisinin sayı 330.000 olan İslandiya bu göstərici üzrə ən kiçik ölkədir.

İndiyə qədər bu rekordun sahibi olan Trinidad və Tobaqo ölkəsinin əhalisi 1,3 milyon nəfərdir.