Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ukrayna millisinin Xorvatiyaya məğlubiyyəti azarkeşin ölümünə səbəb olub

10 Oktyabr 2017
Futbol üzrə dünya çempionatının seçmə mərhələsinin son turunda keçirilən Ukrayna–Xorvatiya qarşılaşmasından sonra 40 yaşlı ukraynalı azarkeş ölüb.

AZƏRTAC xəbər verir ki, onun azarkeşlik etdiyi Ukrayna millisinin uduzmasına dözməyərək ürək tutmasından öldüyü ehtimal olunur.

Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenko oyundan sonra jurnalistlərə açıqlamasında mərhumun ailəsinə başsağlığı verib.

Qeyd edək ki, Ukrayna komandası Kiyevdə keçirilən ev oyununda 0:2 hesabı ilə uduzub.

 

AZƏRTAC