Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Səfir: İŞİD-in nəzarətində İraq ərazisinin yalnız 5 faizi qalıb

10 Oktyabr 2017
İraqda İŞİD terror qruplaşması praktiki olaraq darmadağın edilib. Hazırda qruplaşmanın nəzarətində ölkə ərazisinin cəmi 5 faizi qalır.

AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, bunu İraqın Rusiyadakı səfiri Heydər Mənsur Hadi mətbuat konfransında bildirib. “Bəli, İŞİD hazırda 5 faizə yaxın əraziyə nəzarət edir və demək olar ki, bu, İŞİD-in darmadağın olunmasının son mərhələsidir. Terrorçu qruplar bəzi yerlərdə hələ qalır, ümumilikdə isə onlar darmadağın edilib. Həqiqətən İŞİD üzərində qələbə qazanılıb və bu mübarizədə bütün iraqlılar iştirak ediblər”, - səfir belə deyib.

Hadi onu da xatırladıb ki, 2014-cü ildə qruplaşma İraqın 40 faiz ərazisinə nəzarət edirdi.