Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Akademik Akif Əlizadə: Dissertasiya mövzuları prioritet vəzifə və tələblərə uyğun seçilməlidir

09 Oktyabr 2017
Magistratura pilləsində müasir tələblər səviyyəsində kadrlar hazırlamaq üçün dissertasiya mövzuları elmin qarşısında duran prioritet vəzifə və tələblərə uyğun seçilməlidir.

Bunu oktyabrın 9-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində 2017-2018-ci tədris ilində magistratura pilləsinə qəbul olunan tələbələrin dissertasiya mövzuları ilə bağlı keçirilən görüşdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə söyləyib.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, akademik A.Əlizadə hər bir dissertasiya işində problemin qoyuluşunun elmin aktual inkişaf meyilləri ilə əlaqəli olmasının vacibliyini vurğulayıb, mövzuların magistrantlara verilməzdən əvvəl institutlarda hərtərəfli müzakirə olunmasını tövsiyə edib.

Bir sıra elmi müəssisələrin direktorlarının və magistrantların elmi rəhbərlərinin iştirak etdikləri tədbirdə cari ildə akademiyaya qəbul olunan magistrantların dissertasiya mövzuları müzakirə edilib.

Magistrantların dissertasiya işinin təşkili, onların tədris prosesinin təkmilləşdirilməsi və digər məsələlərə dair fikir mübadiləsi aparılıb, təkliflər irəli sürülüb.