Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Britaniyalı Formula-1 yürüşçüsü Lyuis Hemilton Yaponiya Qran-Prisinin qalibi olub

09 Oktyabr 2017
“Mercedes” komandasından olan britaniyalı avtoyürüşçü Lyuis Hemilton Formula-1 çempionatında Yaponiya Qran-Prisinin qalibi olub.

AZƏRTAC xəbər verir ki, Hemilton “Suzuka” avtodromunda 1 saat 27 dəqiqə 31,194 saniyə nəticə göstərib. Podiumda onu “Red Bull” komandasının hollandiyalı pilotu Maks Ferstappen və öz komanda yoldaşı, avstraliyalı Deniel Rikkyardo “müşayiət ediblər”.

Bu, Hemiltonun cari mövsümdə sayca səkkizinci, bütün karyerasında isə 61-ci qələbəsidir. Britaniyalı pilot son dörd yürüşdən üçündə qalib gəlib, bir yürüşdə isə finiş xəttinə ikinci çatıb. Şəxsi birincilikdə Hemiltonun ən yaxın rəqibi “Ferrari” komandasından Sebastyan Fetteldir. Hemiltona 59 xal uduzan alman pilot Yaponiya Qran-Prisində beşinci dövrədə trasdan çıxıb.

“Formula-1” yarışlarının növbəti mərhələsi ABŞ Qran-Prisidir. Bu yürüşlər oktyabrın 20-dən 22-dək Amerikanın Ostin şəhərində keçiriləcək.