Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Səudiyyə Ərəbistanı Rusiyadan S-400 sistemləri alacaq

09 Oktyabr 2017
Səudiyyə Ərəbistanı Rusiyadan S-400 zenit-raket sistemləri alacaq. Bu barədə TASS agentliyi Federal Hərbi-Texniki Əməkdaşlıq Xidmətinə istinadən xəbər verir.

Federal xidmətdən bildirilmişdir ki, Rusiya Səudiyyə Ərəbistanına S-400 sistemləri ilə yanaşı, tank əleyhinə “Kornet-EM” raket kompleksləri, TOS-1A sistemləri, AQS-30 avtomatik qumbaraatan kompleksləri, AK-103 Kalaşnikov avtomatları satacaq.

Səudiyyə Ərəbistanının Rusiyadan S-400 sistemləri alması barədə xəbər bir neçə gün əvvəl yayılmışdır. Müvafiq razılaşma Rusiya Prezidenti Vladimir Putinlə Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Al Səud arasında görüş zamanı əldə olunmuşdur. Bəzi məlumatlara görə, Ər-Riyad dəyəri 2 milyard dollara çatan dörd divizion almaq niyyətindədir.

Səudiyyə Ərəbistanı S-400 alan üçüncü ölkə olacaq. Bundan əvvəl Türkiyə və Çinlə müvafiq müqavilə imzalanmışdır.