Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Sarayevo məhkəməsi keçmiş bosniyalı komandirə bəraət verdi

09 Oktyabr 2017
Bosniyanın paytaxtı Sarayevoda məhkəmə 1992-1995-ci illər müharibəsi zamanı üç hərbi əsiri öldürməkdə ittiham olunan bosniyalı müsəlmanların sabiq komandiri Nasir Oriçə bəraət vermişdir. Bu barədə yerli KİV xəbər verir.

Bir çox bosniyalı müsəlmanlar Oriçi qəhrəman hesab edirlər, çünki o, Srebrenitsanın müdafiəsini təşkil etmişdi. Bir qədər sonra, 1995-ci ilin iyulunda serb qoşunları şəhərdə 8 mindən çox müsəlmanı qətlə yetirmişdir. Bu qırğın İkinci Dünya müharibəsi qurtarandan bəri ən ağır hərbi cinayət sayılır. Keçmiş Yuqoslaviya üzrə beynəlxalq tribunal Srebrenitsa qırğınını soyqırımı kimi qiymətləndirmişdir.

2006-cı ildə Haaqa tribunalı Oriçə iki il iş vermişdi. Lakin təkrar təhqiqatdan sonra o, bəraət almışdı.