Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

"İslam incəsənəti XXI əsrdə: ənənə müasirlik" mövzusunda beynəlxalq konfrans keçirilib

09 Oktyabr 2017
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Memarlıq və İncəsənət İnstitutunun təşkilatçılığı ilə oktyabrın 10-da "İslam incəsənəti XXI əsrdə: ənənə və müasirlik" mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli" elan edildiyini xatırladaraq mövzunun aktuallığını vurğulayıb. Azərbaycanda İslam mədəniyyətinin inkişafından bəhs edən akademik bu sahədə AMEA-da aparılan elmi tədqiqat işlərini yüksək dəyərləndirib.

Sonra Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə "İslam mədəniyyəti kontekstində türk incəsənətinin dövrləşdirilməsi" mövzusunda məruzə ilə çıxış edib.

Azərbaycan alimləri ilə yanaşı, İran və Qazaxıstandan olan tədqiqatçıların da iştirak etdikləri tədbirdə "Musiqi türkologiyasının mental modelləri", "İslam mədəniyyətində bədii üslublar", "Orta əsrlər Azərbaycan şəhərlərinin məhəllələri" və digər mövzularda məruzələr dinlənilib.