Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Mançester Siti” klubu Messidən ötrü 400 milyon avro ödəməyə hazırdır

09 Oktyabr 2017
İngiltərənin “Mançester Siti” klubu “Barselona”nın oyunçusu Lionel Messini əldə etmək istəyir.

AZƏRTAC xəbər verir ki, İspaniyanın “AS” idman nəşrinin məlumatına görə, transfer futbol dünyasında görünməmiş məbləğə - 400 milyon avroya başa gələ bilər.

Messinin “Barselona” ilə müqaviləsi 2018-ci ilin iyun ayınadək qüvvədədir. Yanvarın 1-dən isə onun digər klublarla danışıq aparmaq hüququ olacaq.

Bundan əvvəl mətbuat yazmışdı ki, argentinalı futbolçu 2018-ci ilin yayında “Barselona”nı sərbəst agent kimi tərk etmək niyyətindədir.