Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“DÇ-2018”in Avropa zonası üzrə seçmə qrup mərhələsinin oyunları davam edir

09 Oktyabr 2017
Futbol üzrə 2018-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə qrup mərhələsi çərçivəsində IX turun oyunları davam edir.

AZƏRTAC xəbər verir ki, turun ilk günündə “C”, “E” və “F” qruplarında doqquz görüş keçirilib.

“C” qrupunda Azərbaycan millisi səfərdə Almaniyaya məğlub olub – 1:5. Çexiya isə ev oyununda San-Marinonu böyük hesabla məğlub edib – 5:0. Norveç isə Şimali İrlandiya yığmasına 1:0 hesabı ilə qalib gəlib.

Turun digər qarşılaşmaları aşağıdakılardır:

 

“C” qrupu

Almaniya- Azərbaycan - 5:1

Çexiya – San Marino - 5:0

Norveç – Şimali İrlandiya - 1:0

 

“E” qrupu

Danimarka - Rumıniya - 1:1

Polşa – Monteneqro - 4:2

Qazaxıstan – Ermənistan - 1:1

 

“F” qrupu

Slovakiya - Malta - 3:0

Sloveniya - Şotlandiya - 2:2

Litva – İngiltərə - 0:1.