Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Görkəmli alimlər Zərifə Əliyevanın və Aida İmanquliyevanın xatirələri anılıb

09 Oktyabr 2017
 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Bakıda keçirilən “Elmdə Azərbaycan qadınlarının rolu” mövzusunda “dəyirmi masa”nın iştirakçıları oktyabrın 9-da Fəxri xiyabanda müasir müstəqil dövlətimizin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə tər güllər düzüblər.

AZƏRTAC xəbər verir ki, sonra tədbir iştirakçıları görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini anıb, məzarı önünə gül dəstələri qoyublar.

Daha sonra II Fəxri xiyabana gələn “dəyirmi masa” iştirakçıları Azərbaycanda ərəb ədəbiyyatı üzrə ilk elmlər doktoru, professor Aida İmanquliyevanın xatirəsini yad edib, məzarı üzərinə güllər düzüblər.