Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakı Dövlət Universitetində elmdə Azərbaycan qadınlarının rolu ilə bağlı müzakirələr aparılır

09 Oktyabr 2017
Azərbaycan qadınları cəmiyyətimizin bütün sahələri ilə yanaşı, elmin inkişafına da böyük töhfə verirlər. Elm və təhsil sahəsində də qadınlarımız adlarını tarixə yaza biliblər.

AZƏRTAC xəbər verir ki, bu fikri oktyabrın 9-da Bakı Dövlət Universitetinin (BDU) Heydər Əliyev Məktəbində keçirilən “Elmdə Azərbaycan qadınlarının rolu” mövzusunda “dəyirmi masa”da BDU-nun rektoru, akademik Abel Məhərrəmov söyləyib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) və BDU-nun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə akademik A.Məhərrəmov bildirib ki, müasir dövrdə Azərbaycan qadınının cəmiyyətimizdə oynadığı rol daha da yüksəlib. Zərif cinsin nümayəndələri ana olmaqla yanaşı, dövlət idarəçiliyində, qanunvericilik aktlarının formalaşmasında, diplomatiya sahəsində, iş dünyasında və digər mühüm sahələrdə də öz sözünü deməkdədir. Bunun ən önəmli səbəblərindən biri Azərbaycanın mənəvi dəyərlər sistemi ilə bağlıdırsa, digər vacib məqam dövlət tərəfindən həyata keçirilən gender siyasətidir.

Tədbirdə AQUPDK-nın sədri Hicran Hüseynova, Milli Məclis sədrinin müavini Bahar Muradova, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanova, Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və başqaları iştirak edirlər.