Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Polis Londonda baş verən yol-nəqliyyat hadisəsinin terror aktı olmadığını bildirib

08 Oktyabr 2017
Londonun qərbində 11 nəfərin xəsarət alması ilə nəticələnən hadisə terror aktı deyil, yol-nəqliyyat hadisəsidir.

AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, London polisinin məlumatına görə, istintaq insidenti terror aktı kimi nəzərdən keçirmir. Bu, yol-nəqliyyat hadisəsi, toqquşmadır.

Şənbə günü günorta saatlarında Böyük Britaniya paytaxtının qərbindəki izdihamlı məhəllələrdən birində avtomobil səkiyə çıxıb, informasiya stendini aşırıb və bir neçə piyadaya xəsarət yetirib.

Avtomobilin sürücüsü saxlanılıb. Hazırda müstəntiqlər hadisənin motivlərini müəyyənləşdirirlər.