Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ölkə əhalisinin sayı 10 milyon nəfərə yaxınlaşır

08 Oktyabr 2017
 

Hazırda Azərbaycanda əhalinin sayı 9 milyon 858 min 860 nəfəri ötür. Əhalinin 53 faizi şəhərlərdə yaşayır, 47 faizi kənd sakinləridir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, əhalinin bir kvadratkilometrə düşən sıxlığı 114 nəfərdir. Kişilər əhalinin 49,9 faizini, qadınlar 50,1 faizini təşkil edir.

Bu ilin ilk 7 ayı ərzində ölkədə 82 min 380 körpə anadan olub. Doğulan uşaqların 53 faizi oğlan, qalanları qız uşaqlarından ibarətdir. 11 ailədə üçəm doğulub. 757 ailə isə əkiz övlad sevincini yaşayıb.

Yanvar-iyul ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 1782 nəfərin gəldiyi qeydə alınıb. Ölkədən birdəfəlik köçüb gedənlərin sayı isə 1002 nəfər olub. Beləliklə, 780 nəfərlik müsbət miqrasiya saldosu yaranıb.