Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Səbail rayonunun bəzi ərazilərində gecə saatlarında nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

07 Oktyabr 2017
 

Oktyabrın 7-də axşam saat 22:00-dan etibarən paytaxtın Səbail rayonunun İstiqlaliyyət küçəsində, həmçinin 24:00-dan etibarən Neftçilər prospektinin Rəşid Behbudov küçəsi ilə kəsişməsindən Yusif Səfərov küçəsi ilə kəsişməsinədək olan hissəsində yeni üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq.

Bu barədə AZƏRTAC-a "Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib.

Sözügedən ərazidə işlərin aparılması ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırılacaq.

Rənglənmə işlərinin səhər saatlarınadək yekunlaşdırılması nəzərdə tutulub.

Avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə yol-cizgi və yolgöstərici xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilməsi işləri davam etdirilir.