Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

ABŞ-ın “Vaşinqton Post” qəzeti Azərbaycan diplomatının cavab məktubunu dərc edib

07 Oktyabr 2017
ABŞ-ın “Vaşinqton Post” qəzeti Azərbaycanın Vaşinqtondakı səfirliyinin əməkdaşı İnci Sadıqovanın qəzetin son vaxtlar bir neçə qərəzli məqaləsinə cavab məktubunu dərc edib.

Ölkəmizə qarşı xüsusilə son dövrlər tənqidi yazıların yer aldığı qəzetin dərc etdiyi Azərbaycan diplomatının məktubunda Azərbaycan və Gürcüstan rəsmilərinin bəyanatlarını şübhə altına alan heç bir tutarlı dəlilin olmadığı, qəzetin redaksiya heyətinin yazdığı məqalənin fərziyyələrə istinad etdiyi bildirilir.

Bundan əlavə, sözügedən məsələnin keçmiş Sovet məkanında ən güclü strateji və mühüm müttəfiq olan Azərbaycan-Gürcüstan tərəfdaşlığına zərbə vurduğu, bunun isə nə Azərbaycan, nə Gürcüstan, nə də ABŞ-ın maraqlarına xidmət etdiyi vurğulanır.

 

AZƏRTAC