Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Madrid beynəlxalq vasitəçiliyə qarşı çıxır

07 Oktyabr 2017
İspaniya hökuməti hesab edir ki, o, Kataloniya böhranında dövlət çevrilişi cəhdindən müdafiə olunur və buna görə beynəlxalq vasitəçiliyə ehtiyac duymur. İspaniyanın xarici işlər naziri Alfonso Dastis məsələ ilə əlaqədar “Der Spiegel” jurnalına müsahibəsində demişdir: “İspaniya hökuməti hüquqi dövləti dövlət çevrilişi həyata keçirməyə cəhd edən regional hökumətdən müdafiə etməlidir. Ona görə beynəlxalq vasitəçilik çağırışları işə kömək etmir”.

Nazir qeyd etmişdir ki, Kataloniyanın baş naziri Karles Puçdemonun müstəqillik elan etməsinə cavab vermək üçün İspaniya hökumətinin kifayət qədər leqal imkanları var. Dastis əlavə etmişdir ki, Madriddəki hökumət hərəkətlərini İspaniya parlamentində təmsil olunan, konstitusiyaya sadiq partiyalarla razılaşdıracaq. Eyni zamanda nazir əmin etmişdir ki, İspaniya hökuməti hər bir tənzimləmə yolunu və islahatları müzakirə etməyə hazırdır.