Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Türkiyə hərbi büdcəsini artırır

07 Oktyabr 2017
Türkiyənin 2018-ci il üçün hərbi büdcəsi 40 faiz artırılacaq. Bu barədə “Hürriyyət” qəzeti xəbər verir.

Məlumata görə, müdafiə xərclərinə təqribən 10 milyard avro ayrılacaq. Bu məbləğ ölkədə vergilərin artırılması yolu ilə əldə ediləcək.

Hazırda Türkiyə hərbçiləri Suriyanın şimalında əməliyyat keçirirlər. Bundan əlavə, PKK terrorçu təşkilatına qarşı da hərbi əməliyyatlar həyata keçirilir. Həmçinin Türkiyə hərbi aviasiyası Şimali İraq ərazisində PKK-nın mövqelərini vurur.

Xatırladaq ki, bir müddət əvvəl Rusiya və Türkiyə hökumətləri Ankaraya S-400 (“Triumf”) zenit-raket sistemlərinin satılması barədə razılıq əldə etmişlər. “Anadolu” agentliyinin xəbərinə görə, ilk sistemlər iki ildən sonra Türkiyəyə gətiriləcək.