Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

AŞ PA-nın başçısı istefaya getdi

07 Oktyabr 2017
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sədri Pedro Aqramunt istefaya getdiyini bildirmişdir. Aqramunt twitterdə yazmışdır: “Bu gün mən şəxsi səbəblərdən Avropa Şurası Parlament Assambleyasına başçılıq etməmək barədə qərar qəbul etdim”. Bu barədə “RİA Novosti” agentliyi xəbər verir.

Xatırladaq ki, iyunun axırlarında AŞ PA-nın bir qrup deputatı qurumun rəhbəri Pedro Aqramuntun səlahiyyətlərinin dayandırılması barədə təklif irəli sürmüşdü. Sənədi 160-dan çox deputat imzalamışdı. AŞ PA başçısının fəaliyyətindən narazılıq onun rusiyalı deputatlarla birlikdə Suriyaya səfər etməsi ilə izah olunurdu. Aqramunt özü də sonradan bu səfəri səhv adlandırmışdı.