Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Pakistanda avtobus qəzası: azı 14 nəfər ölüb, 25 nəfər yaralanıb

07 Oktyabr 2017
Pakistanda sərnişin avtobusunun avtomobil-furqonla toqquşması nəticəsində azı 14 nəfər ölüb, 25 nəfər yaralanıb.

AZƏRTAC xəbər verir ki, Geo TV telekanalının xilasetmə xidmətlərinə istinadla yaydığı məlumata görə, hadisə şənbə günü Bəlucistan vilayətinin Mastunq dairəsində baş verib. Avtomobil-furqondakı sərnişinlərin əksəriyyətinin istirahətə yollanan gənclər olduğu bildirilir.

Telekanal hər iki nəqliyyat vasitəsində olan insanların sayı və qəzanın səbəbləri barədə məlumat verməyib.