Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Qırğızıstan Baş nazirinin müavini qəzada həlak olub

07 Oktyabr 2017
Qırğızıstan Baş nazirinin müavini Temir Cumakadırov, onun köməkçisi Nurlan Camqıçıyev və onların olduğu “Tayota Landkruzer” maşınının sürücüsü avtomobil qəzasında həlak olublar.

Qırğızıstan hökumətinin yaydığı məlumata görə, Temir Cumakadırovun olduğu avtomobil Talas vilayətinə oktyabrın 15-də Qırğızıstanda keçiriləcək prezident seçkilərinin vəziyyəti ilə tanış olmağa gedərkən Bişkek yaxınlığında “Kamaz” markalı yük maşını ilə toqquşub.

İlkin məlumata görə, yük maşını əks yola çıxaraq Temir Cumakadırovun olduğu maşına çırpılıb.

Qəzanın baş vermə səbəbləri araşdırılır.

 

AZƏRTAC