Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Neyt birinci dərəcəli qasırğaya çevrilir

07 Oktyabr 2017
Mərkəzi Amerikada 22 nəfərin ölümünə səbəb olmuş Neyt tropik fırtınası, hidrometeoroloqların proqnozuna görə, bu gün qasırğaya çevriləcək.

AZƏRTAC xəbər verir ki, qasırğa ABŞ sahillərinə, o cümlədən Yeni Orleana, Luiziana ştatına yönələcək.

Milli Qasırğa Mərkəzinin məlumatına müvafiq olaraq, ABŞ-ın cənub-şərqindəki dörd ştatın sahilboyu yerlərində, o cümlədən Yeni Orleanda qasırğa barədə rəsmi xəbərdarlıqla bağlı müvafiq işlər görülüb. Yaxınlaşmaqda olan qasırğa barədə xəbərdarlıq Alabama və Missisipi ştatlarının mərkəzi hissəsinə, Corciya ştatının şimalına və Floridanın qərbinə yayılıb.

Luiziana ştatının qubernatoru Con Bel Edvards fövqəladə vəziyyət elan edib, çünki bu ştat qasırğa zərbəsinin mərkəzində yerləşir. Qubernator milli qvardiyanın 1300 əsgərini səfərbərliyə alıb. Onlardan 15 nəfəri drenaj sistemlərini öyrənmək üçün Yeni Orleana yola düşüb.

 

AZƏRTAC