Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“İdrak” liseyi Cocuq Mərcanlı məktəbinə dərs vəsaitləri hədiyyə etdi

07 Oktyabr 2017
 

Bu günlərdə “İdrak” liseyi bir qrup müəllim və şagird heyətilə Cocuq Mərcanlıya səfər etdilər. Səfərin məqsədi Cocuq Mərcanlı ilə tanışlıq, oradakı həmvətənlərimizə dəstək, şəhid Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin müəllim-şagird heyəti ilə görüş və elmi-pedaqoji əməkdaşlığa başlamaq idi.

Əvvəlcə aprel döyüşləri zamanı qəhrəmancasına həlak olmuş şəhidlərin əziz xatirəsini anaraq “Lələtəpə” abidəsini ziyarət edən səfər iştirakçıları daha sonra Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin kollektivi ilə görüşdülər. “İdrak” liseyinin təsisçisi, pedaqoji elmlər doktoru, professor Mönsüm Alışov çıxışında bildirdi ki, aprel döyüşləri zamanı Azərbaycan Ordusunun göstərdiyi şücaət, qazandığı qələbə xalqımızda böyük ruh yüksəkliyi yaradıb və ordumuzun qüdrətini bir daha nümayiş etdirib.

“İdrak” liseyi adından gətirilmiş çoxsaylı dərs vəsaitləri, bədii ədəbiyyat, kompüter və proyektorlar Cocuq Mərcanlı məktəbinə hədiyyə edildi. Həmin texniki vəsaitlərin köməyi ilə liseyin müəllimləri bir neçə elektron dərs nümunəsi də təqdim etdilər.

 

 “Azərbaycan”