Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Cüdoçumuz Özbəkistanda qızıl medal qazanıb

06 Oktyabr 2017
Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə Qran-pri yarışına start verilib. Yarışın ilk günündə millimiz aktivinə bir medal yazdırıb.

Azərbaycan Cüdo Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, 60 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən Vüqar Şirinli finaladək Tacikistan və Özbəkistan təmsilçilərinə qalib gəlib. Həlledici görüşdə isə V.Şirinli rusiyalı İslam Yaşuyev üzərində qələbə qazanaraq qızıl medala sahib olub.

Xatırladaq ki, 27 ölkədən 183 (91 kişi və 92 qadın) idmançının qatıldığı mötəbər yarışda Azərbaycan millisi 5 cüdoçu ilə təmsil olunur.