Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

AMEA-nın bir qrup əməkdaşına yeni mənzillərin açarları təqdim olunub

06 Oktyabr 2017
Oktyabrın 6-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətinin binasında AMEA-nın sosial siyasətinin vəzifələri və prioritetlərinə həsr olunmuş toplantı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə Prezident İlham Əliyevin elm sahəsinə daim böyük diqqət və qayğı göstərdiyini vurğulayıb. Akademik A.Əlizadə, eyni zamanda, elmi işçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb.

Tədbirdə AMEA-nın bir qrup əməkdaşına yeni mənzillərin sənəd və açarları təqdim olunub.