Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Madrid Kataloniya polisinin başçısını qiyamda ittiham edir

06 Oktyabr 2017
Kataloniya polisinin başçısı Jozep Luis Trapero oktyabrın 6-da Madrid məhkəməsinin qarşısına çıxıb. O, dövlətə qarşı qiyamda şübhəli bilinir.

AZƏRTAC BBC telekanalına istinadla xəbər verir ki, Trapero müstəqillik barədə referendum ərəfəsində İspaniya Milli Qvardiyası əməkdaşlarının etirazçılardan mühafizəsi üzrə öhdəliklərini yerinə yetirməməkdə ittiham olunur.

Məhkəməyə, həmçinin “Kataloniyanın müstəqilliyi uğrunda” hərəkatın iki əsas fəalı və yerli polisin bir əməkdaşı da çağırılıb.

İspaniya hökuməti Kataloniyanın müstəqilliyi haqqında oktyabrın 1-də keçirilən referendumu qanunsuz hesab edib. Bununla bağlı Madrid məhkəməsində dinləmələr keçirilir. Cinayət işi sentyabrın 20-də regionun İqtisadiyyat Nazirliyinin binası önündə müstəqillik tərəfdarları ilə İspaniya polisi arasında qarşıdurmalarla bağlı açılıb.

İspaniyanın cinayət məcəlləsinə əsasən, qiyam 15 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.