Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Könüllü əsaslarla işləmək istəyənlərin nəzərinə!

06 Oktyabr 2017
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) könüllü əsaslarla işləmək arzusunda olan gəncləri əməkdaşlığa dəvət edir.

BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, könüllü kimi fəaliyyət göstərmək istəyənlər idarənin müxtəlif sektorlarında və xidmət bölmələrində üç ay təcrübə keçmək imkanı qazanacaqlar.

İntizamlı, xoşrəftar, kollektivdə çalışmaq istəyi olan, kompüterdə işləməyi bacaran, xarici dil biliklərinə malik, ali təhsilli və ya təhsil müəssisələrinin son kursunda oxuyan gənclər könüllü fəaliyyət göstərmək üçün müraciət edə bilərlər.

Maraqlananlardan tərcümeyi-hallarını oktyabrın 20-dək [email protected] elektron poçtuna göndərmələri və aşağıdakı sektorlara uyğun ixtisaslar üzrə müraciət etmələri xahiş olunur:

 

Ümumi təhsil sektoru

İnsan resursları sektoru

İnformasiya təminatı sektoru

İnkişaf layihələri sektoru

Maliyyə və mühasibatlıq sektoru; xidmət bölmələri

Məktəbdənkənar fəaliyyətin təşkili sektoru

İctimaiyyətlə əlaqələr sektoru

Hüquq sektoru

Təminat və təchizat sektoru

Ümumi sektor

Təlimə Dəstək Mərkəzi

 

Qeyd edək ki, üç ay müddətində könüllü kimi uğurla fəaliyyət göstərən gənclərə BŞTİ tərəfindən arayış veriləcək.

Əlaqə telefonu: (012) 599-12-22 (daxili: 6111, 6114).