Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

S.Lavrov: Rusiya gələn il Xəzəryanı ölkələrin dövlət başçılarının V Sammitinin eçiriləcəyinə ümid edir

06 Oktyabr 2017
Rusiya gələn il Xəzəryanı ölkələrin dövlət başçılarının V Sammitinin keçiriləcəyinə ümid edir.

Bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov qazaxıstanlı həmkarı Kayrat Abduraxmanov ilə görüşdən sonra bildirib.

O deyib: “Növbəti Sammit Qazaxıstanda təşkil olunacaq. Ümid edirik ki, sammit gələn il keçiriləcək. Əlbəttə, hər şey dövlət başçılarının razılaşmasından asılıdır”.

S.Lavrovun sözlərinə görə, qazaxıstanlı həmkarı ilə Xəzərin hüquqi statusuna dair Konvensiyanın hazırlanması məsələlərini də müzakirə ediblər. “Ümidvarıq ki, hazırlıq işləri tezliklə başa çatacaq”, - deyə Sergey Lavrov bildirib.

 

AZƏRTAC