Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Futbol üzrə Azərbaycan kuboku yarışlarının püşkü atılıb

06 Oktyabr 2017
 

Bu gün AFFA-nın inzibati binasında futbol üzrə Azərbaycan kuboku yarışlarının püşkatma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, püşkatmada 18 komanda iştirak edib.

İlkin mərhələdə keçiriləcək “Ağsu”-“Mil-Muğan” və MOİK-“Turan Tovuz” qarşılaşmalarının qalibləri Azərbaycan kubokunun 1/8 final mərhələsinə adlayacaqlar.

Digər Premyer Liqa və birinci divizion klubları isə mübarizəyə birbaşa 1/8 final mərhələsindən başlayacaqlar.

Püşkün nəticəsinə görə, aşağıdakı oyunlar keçiriləcək:

 

“Qəbələ” – “Ağsu”-“Mil-Muğan” görüşünün qalibi

“Şüvəlan” - “Səbail”

“Zirə” - “Xəzər”

“Neftçi” - “Zaqatala”

MOİK-“Turan Tovuz” cütünün qalibi - “İnter”

“Kəpəz” - “Binə”

“Qarabağ” - “Qaradağ Lökbatan”

“Sumqayıt” - “Sabah”.

 

Qeyd edək ki, ilkin mərhələnin oyunları oktyabrın 11-də, səkkizdəbir finalın görüşləri isə noyabrın 29-da keçiriləcək. Yarışa mayın 28-da yekun vurulacaq.