Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Rusiyada baş vermiş yol-nəqliyyat qəzası ilə bağlı cinayət işi açılıb

06 Oktyabr 2017
 

Rusiyada Vladimir yaxınlığında sərnişin avtobusunun qatarla toqquşması nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb. Daha beş nəfər, o cümlədən iki uşaq xəstəxanaya yerləşdirilib. Rusiya Təhqiqat Komitəsi qəza ilə bağlı cinayət işi açıb.

Xatırladaq ki, Pokrovka stansiyası yaxınlığında dəmir yolu xəttinin üzərində Qazaxıstan nömrəsi ilə hərəkət edən sərnişin avtobusunun mühərriki sönüb. Sərnişinlərin 34 nəfəri avtobusu itələmək üçün düşüblər. Bu zaman Sankt-Peterburq-Nijni-Novqorod marşrutu ilə hərəkət edən qatar avtobusla toqquşub. Hadisə nəticəsində sağ qalanlar da həmin 34 nəfərdir.

 

AZƏRTAC