Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Neyt” Nikaraqua və Kosta-Rikada 22 nəfərin həyatına son qoydu

06 Oktyabr 2017
“Neyt” tropik qasırğası Nikaraqua və Kosta-Rikanı vurmuşdur. Nəticədə azı 22 nəfər həlak olmuşdur. Daha 15 nəfərin itkin düşdüyü bildirilir. Bu barədə “Fox News” telekanalı xəbər verir.

Təbii fəlakət üzündən Kosta-Rikanın 5 mindən çox sakini təxliyə edilmişdir.

Qasırğanın mərkəzində küləyin sürəti saatda 64 kilometrə çatır. Artıq yaxın günlərdə onun ABŞ-ın Luiziana ştatına yaxınlaşacağı bildirilir. Yeni Orlean hökuməti şəhərdə fövqəladə vəziyyət elan etmiş və təxliyəyə başlamışdır. Neft-qaz şirkətləri də öz əməkdaşlarını Meksika körfəzindəki platformalardan təxliyə edir.