Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İsmayıllı rayonunun Lahıc qəsəbəsinin qazlaşdırılması ilə bağlı tədbirlər haqqında

06 Oktyabr 2017
 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti İsmayıllı rayonunun Lahıc qəsəbəsinin qazlaşdırılmasını təmin etsin.

2. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 5 oktyabr 2017-ci il