Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Pakistan məbədində partlayış: 18 nəfər həlak olub, 22 nəfər yaralanıb

05 Oktyabr 2017
 

Pakistanın qərbində yerləşən Belucistan əyalətindəki məbəddə partlayış törədilib. İnsident nəticəsində azı 18 nəfər həlak olub, 22 nəfər yaralanıb.

AZƏRTAC xəbər verir ki, yerli Geo TV telekanalının yaydığı məlumata görə, hadisə Cxal-Maqsi şəhərinin yaxınlığında baş verib. Məbədə girməyə cəhd göstərərkən polis tərəfindən saxlanılan terrorçu-kamikadze üzərindəki partlayıcı qurğunu işə salıb.

Xəstəxanaya çatdırılan yaralıların arasında azı 2 polis əməkdaşının olduğu bildirilir.

Hələlik regionda fəaliyyət göstərən heç bir qruplaşma partlayışın məsuliyyətini üzərinə götürməyib.