Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Kataloniya və İspaniya hökumətləri dialoqa tərəfdardır

05 Oktyabr 2017
Kataloniya regional administrasiyasının sədri Karles Puçdemon televiziya ilə müraciətində bildirmişdir ki, Madridlə vasitəçilərin köməyi ilə danışıqlara hazırdır. O eyni zamanda vurğulamışdır ki, Kataloniya hökuməti “regionun müstəqillik xəttindən bir millimetr belə kənara çıxmayacaq”. Bu barədə “Alman dalğası” radiostansiyası xəbər verir.

Puçdemonun fikrincə, dialoq Madridin təqsiri üzündən baş tutmur.

Öz növbəsində İspaniya hökuməti xüsusi bəyanatla çıxış edərək danışıqların başlamasının şərtlərini açıqlamışdır. Sənəddə deyilir: “Əgər cənab Puçdemon danışıqlar aparmaq, yaxud vasitəçilər göndərmək istəyirsə, o, ilk növbədə qanun yoluna qayıtmalıdır. Madrid hansısa qanunsuz məsələ barədə danışıqlar aparmaqdan imtina edir və şantajı qəbul etməyəcək”.

Xatırladaq ki, Kataloniyanın müstəqilliyi barədə referendum oktyabrın 1-də keçirilmişdir. Hazırda regional hökumətlə Madrid arasında heç bir təmas yoxdur.