Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Nigerdə üç amerikalı hərbçi güllələndi

05 Oktyabr 2017
Nigerin cənub-qərbində, Mali ilə sərhədin yaxınlığında silahlılar amerikalı hərbçilərin patruluna hücum etmişlər. Bu barədə ABŞ Silahlı Qüvvələrinin Afrika komandanlığından verilən məlumata istinadən “İnterfaks” agentliyi xəbər verir.

Bildirilir ki, ABŞ və Niger hərbçilərindən ibarət birgə patrul düşmən qüvvələrin atəşinə məruz qalmışdır. Hücum Nigerin paytaxtı Niamey şəhərindən 190 kilometr şimalda baş vermişdir.

Hadisə nəticəsində Amerika quru qoşunlarının xüsusi təyinatlı dəstəsinin üç hərbçisi həlak olmuşdur. Daha iki hərbi qulluqçu yaralanmışdır.

Güman olunur ki, hücumu qonşu Niger hökumətinə qarşı mübarizə aparan “İslam Məğribi ölkələrində əl-Qaidə” qruplaşmasının ekstremistləri həyata keçirmişlər.

Ağ ev aparatının rəhbəri Con Kelli ABŞ Prezidenti Donald Trampı baş vermiş hadisə barədə məlumatlandırmışdır. İnsidentlə bağlı Pentaqon və Ağ ev heç bir rəsmi şərh verməmişdir.