Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ərdoğan və Ruhani kürd referendumuna qarşı çıxdılar

05 Oktyabr 2017
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İran Prezidenti Həsən Ruhani Tehranda danışıqlar keçirmişlər. İki lider növbəti dəfə İraqda kürd referendumuna qarşı çıxmışlar. Ərdoğan səsverməni qanunsuz adlandırmış, Ruhani isə onu xarici dövlətlərin qəsdinin nəticəsi kimi qiymətləndirmişdir. Bu barədə “Frans Press” agentliyi xəbər verir.

Ərdoğan bildirmişdir ki, Türkiyə və İran qanunsuz referenduma qarşı tədbirlər görməyə hazırdır. Ruhaninin dediyinə görə, iki dövlət Suriya və İraqda sərhədlərin dəyişdirilməsini qəbul etməyəcək.

Ankara və Tehran yaxın perspektivdə iki ölkə arasında ticarətin həcmini üç dəfə artırmağı planlaşdırır. Onlar həmçinin İran qazının Türkiyəyə ixracının genişləndirilməsi barədə razılıq əldə etmişlər.