Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

QİÇS xəstəliyinin qarşısını alan anticisim hazırlanıb

05 Oktyabr 2017
ABŞ-ın Milli Səhiyyə İnstitutu və “Sanofi” dərman şirkətinin alimləri HIV virusuna 99 faiz təsir edən və infeksiyanın qarşısını alan anticisim hazırlayıblar.

AZƏRTAC “Science” dərgisinə istinadla xəbər verir ki, elm adamları 24 meymunun orqanizminə yeni anticismi yeridiblər. Daha sonra onları HIV virusuna yoluxdurublar. Lakin heyvanların heç birində QİÇS xəstəliyinə rast gəlinməyib.

Anticismin gələn il insanlar üzərində sınaqdan keçiriləcəyi bildirilir.