Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Havanın temperaturu ötən günlərlə müqayisədə yüksələcək

05 Oktyabr 2017
 

Yaxın üç gün ərzində hava şəraitində mühüm dəyişiklik gözlənilmir. Ölkə ərazisində sabit hava şəraiti müşahidə olunacaq.

Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova məlumat verib.

G.Məmmədova, həmçinin bildirib ki, növbəti üç gün ərzində havanın əsasən yağmursuz keçəcəyi, hərarətin ötən günlərlə müqayisədə nisbətən yüksələcəyi gözlənilir.