Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Leonardo” şirkəti fövqəladə hallarla mübarizə sahəsində Azərbaycan ilə əməkdaşlıqda maraqlıdır

04 Oktyabr 2017
Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov oktyabrın 4-də ölkəmizdə səfərdə olan İtaliyanın “Leonardo” şirkətinin baş icraçı direktoru Alessandro Profumonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, nazir Kəmaləddin Heydərov qonaqlara FHN-in fəaliyyəti barədə ətraflı məlumat verib, ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərdən danışıb. Nazir fövqəladə hallarla mübarizə sahəsində çoxşaxəli fəaliyyətə malik “Leonardo” şirkəti ilə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Alessandro Profumo “Leonardo” şirkətinin Azərbaycan ilə əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb. O, fövqəladə hallarla mübarizə sahəsində əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.