Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Milli Məclisin deputatları NATO Parlament Assambleyasının sessiyasında iştirak edəcəklər

04 Oktyabr 2017
Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, deputatlar Məlahət İbrahimqızı, Qüdrət Həsənquliyev, Kamran Bayramov NATO Parlament Assambleyasının 63-cü illik sessiyasında iştirak etmək üçün oktyabrın 5-də Rumıniyanın paytaxtı Buxarestə səfər edəcəklər.

Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, toplantıda “Suriyada və İraqda müharibə: Humanitar aspektlər”, “Ballistik raketdən müdafiə və NATO”, “Avropanın müdafiə sənayesi bazasının vəziyyəti” mövzularında məruzələr dinləniləcək.

Tədbir iştirakçıları Qara dəniz regionunda sabitliyin qorunması, NATO ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişafı, Yaxın Şərqdə və Şimali Afrikada ərzaq və su təhlükəsizliyinin təmin edilməsi, iqlim dəyişikliyi ilə əlaqədar məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.

Deputatlarımız müzakirəyə çıxarılan məsələlərə münasibət bildirəcəklər.

Səfər oktyabrın 10-da başa çatacaq.