Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan və Ukrayna əczaçıları arasında əməkdaşlıq Memorandumu imzalanıb

04 Oktyabr 2017
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi beynəlxalq əlaqələrin qurulmasında, qarşılıqlı təcrübə mübadiləsinin təşkilində mühüm addımlar atır. Əczaçılıq sektorunda əlaqələrin möhkəmləndirilməsi və inkişafı məqsədi ilə Belarus və Qazaxıstan Respublikalarının müvafiq qurumları ilə qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ölkə əczaçıları ilə ukraynalı həmkarları arasında da belə bir razılaşma sənədi əldə edilib.

Analitik Ekspertiza Mərkəzi ilə Ukrayna Səhiyyə Nazirliyinin Dövlət Ekspertiza Mərkəzi arasında imzalanmış qarşılıqlı anlaşma və əməkdaşlıq Memorandumu iki ölkə arasında əczaçılıq sektorunda əlaqələrin davam etməsinə imkan yaradacaq.