Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ramil Quliyev “Avropanın ən yaxşı atleti” adına namizədlər arasında

04 Oktyabr 2017
 

Kişilər arasında 200 metr məsafəni 20,09 saniyəyə qət edərək dünya çempionu olan azərbaycanlı idmançı Ramil Quliyev “Avropanın ən yaxşı atleti” adına namizədlər arasındadır.

AZƏRTAC xəbər verir ki, Türkiyəni təmsil edən həmyerlimiz Avropa Atletika Assosiasiyası tərəfindən hazırlanan siyahıda ən yaxşı üç atlet arasındadır. Siyahıdakı digər namizədlər isə fransalı onnövçü Kevin Mayer və almaniyalı nizə atıcısı Yohannes Fetteldir.