Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

BMT-nin İctimai Mükafatlar üzrə Şurası professor Eldar Quliyevin kitabını “İlin kitabı” adına layiq görüb

04 Oktyabr 2017
Milli Məclisin aqrar siyasət komitəsinin sədr müavini, Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Eldar Quliyevin “Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər” adlı kitabı BMT-nin İctimai Mükafatlar üzrə Şurası tərəfindən (UNCOPA) “İlin kitabı” adına layiq görülüb.

AZƏRTAC xəbər verir ki, Avropa Təbiət Elmləri Akademiyasının qərarı ilə Almaniyada çap edilən kitab dünyada ərzaq təhlükəsizliyinin təmini üçün böyük elmi dəyər daşıdığına görə bu ada layiq görülüb.