Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Kimya sahəsində 2017-ci il üzrə Nobel mükafatı laureatlarının adları elan edilib

04 Oktyabr 2017
İsveç Kral Akademiyası 2017-ci il üzrə kimya sahəsində Nobel mükafatının Yoakim Franka, Jak Dubocheyə və Riçard Handersona verildiyini elan edib.

Akademiyanın nümayəndələri bildiriblər ki, builki laureatlar “məhlulda biomolekulların yüksək həlletmə qabiliyyətli strukturunun müəyyənləşdirilməsi üçün kryo-elektron mikroskopiya texnologiyalarını inkişaf etdirmələrinə görə” mükafata layiq görülüblər.

Nobel mükafatları dekabrın 10-da Stokholmda təqdim ediləcək. Laureatlara medal, diplom və məbləği 9 milyon İsveç kronu (təqribən 1,1 milyon dollar) təşkil edən pul mükafatı veriləcək. Həmin məbləğ laureatlar arasında bölünəcək.

 

AZƏRTAC