Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Fizika sahəsində 2017-ci il üzrə Nobel mükafatı laureatlarının adları müəyyənləşib

03 Oktyabr 2017
Bu gün Stokholmda yerləşən İsveç Kral Elmlər Akademiyası yanında Nobel Komitəsi fizika sahəsində 2017-ci il üzrə Nobel mükafatının qaliblərinin adlarını elan edib.

Nobel mükafatı LIGO detektorunun inkişafına həlledici töhfələrinə və qravitasiya dalğalarının müşahidəsinə görə üç amerikalı alimə - Rainer Vaisə, Bərri Bərişə və Kip Torneyə verilib.

Mükafatın təqdim edilməsi mərasimi hər il dekabrın 10-da Stokholmda və Osloda keçirilir. Fizika, kimya, fiziologiya və tibb, ədəbiyyat və iqtisadiyyat sahələrində mükafatlar Stokholmda İsveç Kralı tərəfindən, sülhün qorunması sahəsində mükafat isə Osloda, Şəhər Ratuşasında Norveç Kralının və Kral ailəsi üzvlərinin iştirakı ilə Norveç Nobel Komitəsinin sədri tərəfindən təqdim edilir.

 

AZƏRTAC